Bişkekdə Heydər Əliyevə həsr olunmuş mini-futbol turniri təşkil edilib

Qırğızıstanda Tərəqqipərvər Azərbaycanlıların Birliyi” təşkilatının təşəbbüsü ilə Bişkek şəhərində görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş mini-futbol turniri keçirilib.

Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Turnirdə Qırğızıstandakı azərbaycanlı və digər icmaları təmsil edən, 8-36 yaş kateqoriyasına daxil olan gənclər iştirak ediblər. Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin qalibi azərbaycanlı icmasının futbolçuları olub. Turnirin I pilləsinə yüksələn soydaşlarımız “Qırğızıstanda Tərəqqipərvər Azərbaycanlıların Birliyi” təşkilatının fəxri fərmanına layiq görülüb.
Soydaşlarımız bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər. Məhz belə turnirlərin soydaşlarımızı bir araya gətirdiyini, azərbaycanlı gənclərin birliyinə və həmrəyliyinə müsbət təsir göstərdiyini vurğulayıblar.

Oxşar Xəbərlər