Türkiyənin təhsil naziri Hərbi Qənimətlər Parkında olub

Türkiyənin milli təhsil naziri Ziya Selçuk Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.

QİA.AZ xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Emin Əmrullayev tvitterdə məlumat paylaşıb.

Qeyd edək ki, Z.Selçukun mayın 27-də Azərbaycana səfəri başlayıb.

Türkiyənin milli təhsil naziri hörmətli Ziya Selçuk (@ziyaselcuk) ilə Hərbi Qənimətlər Parkını ziyarət etdik. Qarabağ Azərbaycandır! pic.twitter.com/EhJHGxTZFL— Emin Amrullayev (@EminAmrullayev) May 27, 2021

Oxşar Xəbərlər