Gürcüstanda koronavirusdan ölənlərin sayı 4 700-ü ötüb 

Gürcüstanda son sutkada daha 1 056 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 1 071 nəfər müalicə olunaraq sağalıb, 28 pasiyent vəfat edib.

“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 341 894 nəfər yoluxub. Onların 324 426-sı sağalıb, 4 727-si dünyasını dəyişib.

Ötən 24 saat ərzində 39 minə yaxın test yoxlaması aparılıb.

Oxşar Xəbərlər