Millimizin futbolçusu “Keşlə”dən ayrılıb

May28,2021

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli “Keşlə” klubundan ayrılıb.

“QİA.az”ın məlumatına görə, bu barədə yarımmüdafiəçi özünün feysbuk səhifəsində yazıb.

O, hər şeyə görə sabiq komandasına təşəkkür edib.

Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ilin yanvarından paytaxt təmsilçisində çıxış edirdi.

Oxşar Xəbərlər