Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.
Mərkəzdən “QİA.az”a verilən məlumata görə, bu nömrədə 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilmişdir.
Bu nömrədə həmçinin:
- 2020-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları;
- tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) məqaləsi;
- imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr;
- cavabların “Cavab kartı” və “Cavab vərəqi”ndə qeyd olunma qaydasının izahı və sair materiallar da dərc olunmuşdur.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: