Dövlət İmtahan Mərkəzi əldə edilmiş razılığa əsasən bu il Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirəcək.
Mərkəzdən “QİA.az“a verilən məlumata görə, imtahanlar Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına Təhsil Kompleksinin inzibati binasında təşkil olunacaq.
İmtahanlar cədvəldə qeyd olunan siniflər və fənlər üzrə Azərbaycan dilində aparılır. İmtahan müxtəlif günlərdə 2 mərhələdə keçiriləcək. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 120 dəqiqə vaxt verilir.
İlk imtahanın keçirilməsi iyun ayında nəzərdə tutulub və dəqiq tarix barədə məlumat veriləcək.