Sağlam toxumalara zərər vurmadan xərçəng hüceyrələrini məhv edən yeni dərmanın sınaqları uğurla keçirilib.
QİA.AZ “Evening Standard”-a istinadən xəbər verir ki, Edinburq Universitetinin tədqiqatçıları bunun üçün xərçəng hüceyrələrini yalnız işıq altında məhv edən SeNBD molekulundan istifadə ediblər.
Bunun nəticəsində dərmanın sağlam toxumalara zərər vurmadan və yan təsirləri olmadan istifadə oluna biləcəyi qeyd olunur.