Rusiya vətəndaşı olan turist, 56 yaşlı Yekaterina Romanova mayın 26-da Kiprin yunan hissəsində itkin düşüb.
“QİA.az” TASS-a istinadən xəbər verir ki, məlumat iyunun 1-də yerli polis idarəsi yayıb.
Rusiya vətəndaşı Kiprin Larnak şəhərində dincəlirmiş.
“Polis 2021-ci il mayın 29-dan itkin düşmüş sayılan Rusiya vətəndaşı, 56 yaşlı Yekaterina Romanovanın tapılmasına yardım etmək üçün informasiya əldə etməyə çalışır. O, mayın 29-da ölkəni tərk etməli imiş”, – polis bildirib.