Serxio Aqueronun “Barselona”dakı maaş bəlli olub

İyn2,2021

İspaniyanın “Barselona” klubunun yeni transferi Serxio Aqueronun maaşı açıqlanıb.

“QİA.az” “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Kataloniya təmsilçisində bir mövsüm ərzində 6 milyon avro qazanacaq.

O, İngiltərənin “Mançester Siti” klubunda vergilər çıxılmadan illik 23 milyon avro məvacib alıb.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən “Mançester Siti”nin formasını geyinib. “Barselona” onunla iki illik müqavilə imzalayıb.

Oxşar Xəbərlər