Dünyanın dini liderlərinin qurultayı gələn ilə təxirə salınıb

Qazaxıstan hakimiyyəti Dünya və Ənənəvi dini liderlərin bu ilin iyun ayında keçirilməsi planlaşdırılan qurultayını 2022-ci ildə təşkil etmək niyyətindədir. Bu, koronavirusun yayılması səbəbilə respublikadakı epidemioloji vəziyyətlə bağlıdır.

“QİA.az” məlumat verir ki, bu barədə TASS-a Qazaxıstan parlamenti Senatının (Yuxarı Palata) mətbuat xidmətindən deyiblər.

“Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq, Dünya və Ənənəvi dini liderlərin VII Qurultayı 2022-ci ilə keçirilib. Növbəti qurultayın dəqiq tarixi qurultayın katibliyinin 2021-ci ilin IV rübündə keçirilməsi planlaşdırılan iclasında müəyyən ediləcək”, – mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, daha əvvəl Dünya və Ənənəvi dini liderlərin VII Qurultayının iyunun 15-16-da Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılmışdı. Mövzusu “Dini liderlər təhlükəsiz dünya tərəfdarıdır” olan Dünya və Ənənəvi dini liderlərin VI Qurultayı 2018-ci il oktyabrın 10-11-də Astana şəhərində keçirilib. Qurultayda 45 ölkədən 80-dən çox nümayəndə heyəti iştirak edib.

Oxşar Xəbərlər