Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan QİA.AZ-a verilən məumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində xidməti borcunu yerinə yetirərkən orada partlamamış minalar aşkar ediblər.