Dünya bazarında neftin ucuzlaşması ilə bu il Səudiyyə Ərəbistanının “qara qızıl” satışından gəlirləri nəzərdə tutulandan təxminən 20% az olacaq.
“QİA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin yekununda neftin hesabına 410 milyard rial (təxminən 109 milyard ABŞ dolları) gəlir əldə edilməsi gözlənilir. Bu dövlət büdcəsində proqnozlaşdırılan məbləğdən 103 milyard real, maaşların ödənilməsi üçün lazım olan vəsaitdən 94 milyard rial azdır.
Şahzadə deyib ki, neft gəlirlərinin azalması, iqtisadiyyatın digər sahələrində isə artım olmaması tənəzzülə, milyonlarla insanın işsiz qalmasına səbəb olur. Bununla belə, hökumət Dövlət İnvestisiya Fondu vasitəsi ilə gəlir mənbələrini şaxələndirməyə, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrini dəstəkləməyə çalışacaq.