Türkiyə Qara dənizdə həcmi 135 milyard kubmetr olan yeni qaz yatağı kəşf edib.
QİA.AZ-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib: “”Fatih” adlı qazma gəmimiz “Sakarya” ərazisində Amasra-1 quyusunda yeni 135 milyard kubmetr həcmi olan təbii qaz yatağı kəşf edib”.
Dövlət başçısı bununla da Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qaz ehtiyatlarının ümumi həcminin 540 milyard kubmetrə çatdığını əlavə edib.