Azərbaycan millisi Tokio-2020 Olimpiadasına üçüncü lisenziyanı qazanıb

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.

QİA.AZ Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində bu uğura imza atıb.

Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu 1/4 finalda İmam Xatayevi (Rusiya) məğlub edib.

Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Oxşar Xəbərlər