“Exit poll”: Peruda prezident seçkilərində Keyko Fuximori qalibdir

İyn7,2021

Sağ mərkəzçi “Xalq gücü” Partiyasının namizədi, keçmiş diktator Alberto Fuximorinin qızı Keyko Fuximori Peruda keçirilən prezident seçkilərində qalib gəlib.

“QİA.az” TASS-a istinadən xəbər verir ki, bunu “Ipsos” sosioloji xidmət tərəfindən keçirilən “exit poll”un nəticələri göstərir.

İlkin məlumatlara görə, Fuximori 50,3 % seçici səsi qazanıb. Onun rəqibi, solçu “Azad Peru” radikal partiyasını təmsil edən Pedro Kastilyoya isə seçicilərin 49,7 %-i dəstək verib.

Perunun Mərkəzi Seçki Komissiyası yerli vaxtla 23:30-da (Bakı vaxtı ilə saat 08:30-da) səsvermənin ilkin nəticələrini elan edəcək.

Seçkilərdən bir həftə əvvəl keçirilmiş sosioloji sorğularda paytaxt Limada seçicilərin 2/3-dən çoxu ölkənin keçmiş diktatoru Alberto Fuximorinin qızı Keyko Fuximoriyə səs vermək niyyətində olduğu məlum olub. Seçicilərin demək olar, 1/3-i isə solların namizədini dəstəkləmək niyyətində olduğunu açıqlayıb.

Peruda 70 yaşa qədər seçicilərə səsvermədə iştirak məcburi xarakter daşıyır. Seçkilərin ikinci turunun gedişini 15 xarici nümayəndə heyəti müşahidə edib.

Oxşar Xəbərlər