Biləsuvarda 86 yaşlı kişi özünü su kanalına ataraq intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər