“Neftçi”nin sabiq baş məşqçisi və futbolçusu yenidən birgə çalışa bilər

Noy13,2020
"Neftçi"nin sabiq baş məşqçisi və futbolçusu yenidən birgə çalışa bilər

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Kiprin “Apollon” klubundan təklif alıb.

“QİA.AZ” “protathlima.com” saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Limassol komandasının sükanı arxasına keçməyə ən real namizəddir.

Sofrinis Avqusti ilə yollarını ayıran “Apollon” rəhbərliyi Bordinlə danışıqlara başlamağa hazırlaşır. 2019-cu ildə də təcrübəli mütəxəssisin xidmətində maraqlı olmuş komanda bu dəfə onunla razılğa gəlməyə çalışacaq.

Qeyd edək ki, Roberto Bordin “Neftçi”yə 2018 – 2020-ci illərdə başçılıq edib. 2019/2020 mövsümünün sonunda “ağ-qaralar”dan ayrılan fransalı hücumçu Baqali Dabo isə hazırda “Apollon”da çıxış edir.

Oxşar Xəbərlər