Son sutkada Rusiyada koronavirusdan 357 ölüm faktı qeydə alınıb.
“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Koronavirusun yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahından bildirilib. Qeyd olunur ki, bununla da COIVD-19-dan ölənlərin ümumi sayı 126 430 nəfərə çatıb.
“Son sutkada 357 ölüm faktı təsdiqlənib. Rusiyada bütün dövr ərzində 126 430 nəfər (koronavirusdan-red) ölüb”, – məlumatda bildirilir.