Kolumbiyanın mərkəzi hissəsindəki Boyaka departamentinin Soça bələdiyyəsinin kömür mədəsində baş vermiş partlayış nəticəsində doqquz nəfər həlak olub.
“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Milli dağ-mədən agentliyinin başçısı Xuan Miqel Duran özünün tvitterdəki səhifəsində bildirib.
O, qeyd edib ki, xilasedicilər üç şaxtaçını xilas edə biliblər.