ABŞ prezidenti Co Bayden NATO liderləri ilə rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşünü bağlı qapılar arxasında müzakirə edəcək.
“QİA.az” xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib.
Onun sözlərinə görə, ABŞ rəhbəri görüşə ittifaqın tam dəstəyi ilə gedəcək:
“O, (Co Bayden – red.) müttəfiqləri ilə Putinlə görüşün mövzusunu müzakirə etmək fürsəti tapacaq. Bunu bağlı qapılar arxasında edəcək. Tərəflər zirvə görüşünün məqsədləri barədə müzakirələr aparacaq, bir-birilərini dinləyəcəklər. Buna görə Bayden bütün NATO müttəfiqlərimizin tam dəstəyi və həmrəyliyi ilə Cenevrəyə gedəcək”.
Qeyd edək ki, iyunun 16-da İsveçrənin Cenevrə şəhərində ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin görüşəcək. İki ölkə liderləri məşhur “La Qranj” villasında bir araya gələcək.