İŞİD-in Türkiyə üzrə “məsul şəxsi” yaxalanıb

İyn15,2021

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Suriyada əməliyyat keçirib.

“QİA.az” xəbər verir ki, əməliyyat nəticəsində qırmızı bülletenlə axtarışda olan İŞİD terror qruplaşmasının Türkiyə üzrə “məsul şəxsi” Qasım Güler tutularaq Türkiyəyə gətirilib.

Təhlükəsizlik qüvvələri tərəfindən Qasım Gülerin çoxlu sayda odlu silah və partladıcılarla Türkiyədə qanlı terror aktları planlaşdırdığı da məlum olub.

Oxşar Xəbərlər