Rusiya miqrantların ölkədəki müvəqqəti qalma müddətini uzadıb

Miqrantların Rusiyada müvəqqəti qalma müddəti 30 sentyabr 2021-ci ilə qədər uzadılıb.

“QİA.az”ın verdiyi məlumata görə, müvafiq fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Rusiya ərazisində heç bir qanun pozuntusuna yol vermədən yaşayan əcnəbilər orada qala və qalmalarını qanuniləşdirə biləcəklər.

Daha əvvəl miqrantların qalma müddətinin bu gün – iyunun 15-də bitəcəyi bildirilmişdi.

Oxşar Xəbərlər