Rusiyada anbarda 3,7 min kv. m. sahə yanıb

Rusiyanın Çelyabinsk elektrometallurgiya kombinatının yaxınlığındakı anbarda 3,7 min kvadratmetr sahədə yanğın baş verib.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, hadisə yerinə 143 nəfər və 49 yanğınsöndürmə texnikası cəlb edilib.

Qeyd edək ki, kombinat Çelyabinsk vilayətində yerləşir. Müəssisədə 18 min insan işləyir.

Oxşar Xəbərlər