AVRO-2020: Rusiya yığmasının təcrübəli futbolçusu heyətdən çıxarılıb

İyn15,2021

Avropa çempionatının B qrupunda mübarizə aparan Rusiya millisinin futbolçusu Yuri Jirkov heyətdən çıxarılıb.

QİA.AZ“ın məlumatına görə, buna 38 yaşlı müdafiəçinin zədələnməsi səbəb olub.

Təcrübəli oyunçunun zədəsi ağır olduğundan məşqçilər korpusu onun növbəti oyunlarda iştirakını məqsədəuyğun hesab etməyib.

Jirkov Belçikaya 0:3 hesabı ilə uduzduqları qrupun ilk matçında bud əzələsindən xəsarət alıb. O, Moskvadakı klinikalardan birində reabilitasiyaya başlayacaq.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-də başa çatacaq.

Oxşar Xəbərlər