Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
“QİA.az”ın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində gerçəkləşəcək.
Püşkatmada Azərbaycan çempionu “Neftçi”nin də potensial rəqibi bəlli olacaq.
UEFA püşdən əvvəl komandaları qruplara bölüb. “Ağ qaralar” I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubunu mübarizədən kənarlaşdırsa, “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya) və ya “Teuta” (Albaiya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
Bu gün həmçinin Türkiyənin “Qalatasaray” klubunun rəqibinin də adına aydınlıq gələcək.
Çempionlar Yolu
I Qrup
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Valür” (İslandiya) cütü
“Yanq Boyz” (İsveçrə)
“Bude Qlimt” (Norveç) – “Legiya” (Polşa) cütü
Səpələnməmişlər
“Slovan” (Bratislava, Slovakiya) – “Şemrok Rovers” (İrlandiya) cütü
“Flora” (Estoniya) – “Hamrun Spartans” (Malta) cütü
“Omoniya” (Kipr)
II Qrup
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)
“Teuta” (Albaiya) – “Şerif” (Moldova) cütü
Səpələnməmişlər
“Konnas-Ki Nomads” (Uels) – “Alaşkert” (Ermənistan) cütü
“Dinamo” (Tbilisi, Gürcüstan) – “Neftçi” (Azərbaycan) cütü
“Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütü
III Qrup
Səpələnmişlər
“Lüdoqorets” (Bolqarıstan) – “Şaxtyor” (Soliqorsk, Belarus) cütü
“Malmö” (İsveç) – “Riqa” (Latviya) cütü
ÇFR (Rumıniya) – “Borars” (Banya-Luka, Bosniya və Herseqovina) cütü
Səpələnməmişlər
“Şkendiya” (Şimali Makedoniya) – “Mura” (Sloveniya) cütü
“Jalgiris” (Litva) – “Linfild” (Şimali İrlandiya) cütü
HİK (Helsinki, Finlandiya) – “Buduçnost” (Monteneqro) cütü
“Ferentsvaroş” (Macarıstan) – İlkin mərhələnin qalibi cütü
Qeyri-çempionlar
Səpələnmişlər
“Seltik” (Şotlandiya)
PSV (Niderland)
“Sparta” (Praqa, Çexiya)
Səpələnməmişlər
“Rapid” (Vyana, Avstriya)
“Qalatasaray” (Türkiyə)
“Midtüllan” (Danimarka)