Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
Türkiyə qurtuluş mübarizəsi apardığı illərdə Sivas, Ərzincan və Tunceli bölgəsində başlayan və 3,5 ay davam edən Koçgiri üsyanı 1921-ci ilin 17 iyun tarixində Türkiyə ordusu tərəfindən yatırıldı.
***
17 iyun 1932-ci ildə Türkiyə Cümhuriyyətində ilk dəfə avtomobil yarışı keçirildi.
İstinye – Zincirlikuyu arasında olan yarışı “Türkiyə Turing” avtomobil klubu və “Milliyet” qəzeti təşkil etdi.
***
17 iyun İslandiya xalqının milli bayramıdır.
İslandiya 1944-cü il iyunun 17-də öz istiqlaliyyətini bəyan edib. 1380-ci ildən 1918-ci ilədək Danimarkanın tərkibində olan İslandiya 1918-ci ildən 1944-cü ilədək bu ölkə ilə ittifaq dövləti olub.
***
1951-ci il 17 iyunda Berlin olimpiada stadionunda keçirilən futbol matçında Türkiyə Almaniya komandasını 2-1 hesabı ilə məğlub etdi. Bu qələbədən sonra qapıçı Turqay Şerenə “Berlin panterası” deyilməyə başlandı.
***
1972-ci ildə ABŞ-da “Voterqeyt (Watergate) qalmaqalı” başladı. Prezident Riçard Niksonun (Richard Nixon) Respublika Partiyası ilə əlaqəli 5 nəfər Demokrat Partiyanın mərkəzində dinləmə cihazı yerləşdirərkən polis tərəfindən tutuldular. Əvvəlcə oğurluq adlandırılan hadisənin jurnalistlər Bob Vudvord (Bob Woodward) və Karl Bernşteynin (Carl Bernstein) təqibləri nəticəsində Demokrat Partiyaya qarşı siyasi bir sui-qəsd olduğu ortaya çıxdı. Bu məsələ aşkara çıxandan sonra prezident Nikson vəzifəsindən istefa vermək məcburiyyətində qaldı.
***
1994-cü ilin bu günü Birləşmiş Millətlər Təşkilatının baş assambleyası 17 iyunu Ümumdünya Səhralaşma və Quraqlığa Qarşı Mübarizə Günü elan etdi. Elə həmin il BMT-nin quraqlıqla mübarizə üzrə konvensiyası qəbul olundu.
***
2001-ci ildən Azərbaycan prezidentinin sərəncamı ilə 17 iyun Azərbaycan Səhiyyə İşçilərinin Peşə Bayramı elan edildi.
***
17 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1631-ci ilin bu günü Babur imperatoru Cahan şahın həyat yoldaşı Mümtaz Mahal doğuş zamanı dünyadan köçüb. Əri tərəfindən onun xatirəsinə Tac Mahal məqbərəsi ucaldılıb ki, bu abidə 20 ilə tamamlanıb.
***
Məşhur fransız bəstəkarı və dirijoru Şarl Fransua Quno 1818-ci ilin bu günü Parisdə dünyaya gəlib.
Lirik operanın görkəmli nümayəndəsi olan Quno yaradıcılığının ilk dövründə “Safo”, “Qanlı rahibə”, “Zorən təbib” tamaşaları ilə tanınsa da, bəstəkara dünya şöhrətini “Faust”, sonralar isə “Romeo və Cülyetta” operaları qazandırıb. (1818-1893)
***
2015-ci ilin 17 iyununda Türkiyə respublikasının 9-cu dövlət başçısı Süleyman Demirel 91 yaşında vəfat edib. (1924-2015)
***
Misirin eks-prezidenti, 2013-cü ildə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan Məhəmməd Mursi 17 iyun 2019-cu ildə məhkəmə salonunda həyatdan köçüb.