Gürcüstan-Ermənistan sərhədində yerləşən “Ququti” gömrük-buraxılış məntəqəsində külli miqdarda xarici valyutanın ölkə ərazisinə daxil edilməsi faktının qarşısı alınıb.
“QİA.az” xəbər verir ki bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Ermənistan vətəndaşına məxsus avtomobil və əl yükünə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 20 min ABŞ dolları və 1 milyon rus rublu aşkarlanıb.
Bəyan edilməmiş xarici valyutaların lariyə nisbətdə məbləği 103 603 lari təşkil edib. Ermənistan vətəndaşına qarşı 10 360,3 lari məbləğində cərimə sanksiyası tətbiq olunub.