Ötən tədris ilində 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib

İyn17,2021

2020-2021-ci tədris ilində 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib.

Bu barədə “QİA.AZ“a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 30 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.

Oxşar Xəbərlər