ABŞ-ın avtomobil istehsalçısı “General Motors” (GM) batareyalarındakı yanğın təhlükəsi səbəbiylə təxminən 69 min “Chevrolet Bolt” markalı elektrikli avtomobilini geri çağırır.
“QIA.AZ” xəbər verir ki, bu barədə şirkətin saytında verdiyi açıqlamada deyilir.
““General Motors” və “Chevrolet” Koreyadakı “LG Chem” zavodunda istehsal olunan yüksək gərginlikli batareyalı, 2017-2019-cu il istehsalı “Chevrolet Bolt” avtomobillərini könüllü olaraq geri qaytarmaq qərarına gəliblər. Belə ki, batareyalar tamamilə dolduqda yanğın təhlükəsi yarada bilər” deyə, açıqlamada qeyd olunub.
Artıq akkumulyatorda baş verən nasazlıq səbəbindən beş yanğın hadisəsi qeydə alınıb. Onlardan üçü oktyabr ayında baş verib. Bu hadisələr nəticəsində iki nəfər yüngül xəsarət alıb.