Şamaxı rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“QİA.az”ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Əhmədov Elçin Maksud oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Gəncin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.