“Çox məyusuq. Belə olacağını gözləmirdik. Əlbəttə, bizdən gözləntilər böyük idi. Belə olan təqdirdə məyusluq da çox olur”.
“QİA.az”ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Merih Demiral Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Müdafiəçi bildirib ki, danışılacaq çox şey yoxdur: “Turnirin ən gənc komandasıyıq. Bu, bizə ümid verir. İnanıram ki, bundan sonrakı turnirlərə qatılaraq necə yaxşı komanda olduğumuzu göstərəcəyik. Mən dostlarıma inanıram. AVRO-2020 bizim üçün böyük təcrübə oldu. Biz yaxşı və pis gündə birlikdəyik. Hər kəsdən üzr istəyirik”.
Qeyd edək ki, Türkiyə yığması A qrupunu xalsız bitirib.