Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.
Agentlikdən “QİA.az”a bildirilib ki, tələblər aşağıdakılardır:
– Ali təhsil;
– Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqındda biliklər;
– Minimum 8il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
– Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
– Yüksək səviyyədə Azərbaycan dili biliyi;
– “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
– Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
– Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
– Monitorinq və qiymətləndirmə bacarığı;
– Təşkilatçılıq bacarığı;
– Komandada işləmə bacarığı;
– Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
– Minimum yaş həddi – 30 yaş
Üstünlüklər:
– Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
– Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak imkanı;
– Özünüinkişaf və karyerada yüksəliş imkanı;
– Yüksək əməkhaqqı.
Bildirilib ki, iş qrafiki tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafikdir.
Qeyd olunub ki, son müraciət tarixi 2021-ci ilin iyulun 10-dək nəzərdə tutulub.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçidvasitəsilə göndərə bilərlər.