PKK terror təşkilatının “Qəhrəman” kod adı ilə tanınan “komandiri” Şərafəddin Təkin 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
“QİA.az”ın məlumatına görə, o, Diyarbəkir Şəhər Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qanunsuz silahlı dəstə yaratmaq, terror aktları törətmək, ölkədə milli ayrı-seçkilik salmaq və s. maddələrlə ittiham olunub.
Qeyd edək ki, Ş.Təkin ötən gün Diyarbakırın Hani rayonunda keçirilən əməliyyat zamanı saxlanılıb.