Millimiz dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

QİA.AZın məlumatına görə, yığma Portuqaliyanın Nazare şəhərində Fransa seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 9 və 26-cı dəqiqədə Sabir Allahquliyev vurub.

Qrupun digər oyununda Estoniya və İsveçrə yığmaları üz-üzə gələcək.

Oxşar Xəbərlər