20 İYUN TARİXİ TÜRK DÜNYASINDA ATALAR GÜNÜ KİMİ QEYD EDİLİR. ÖTƏN GÜNÜ BU GÜNÜ ATASIZ QEYD EDƏN ŞƏHİD ÖVLADLARINDAN LALƏ, İNCİ BACILARININ EVİNDƏ OLDUQ. ÖZ ÖVLADIMIZDAN SEÇMƏDİYİMİZ BU GÜL BALALAR QƏHRƏMAN ŞƏHİDİMİZ MAYOR SADİQ HƏSƏNOVUN ƏMANƏTLƏRİDİR.
Bizi qarşılayan şəhidin qardaşı Toğrul evlərində qonaq etdi. Atası Əli müəllim, xalası Şaban xanım, həyat yoldaşı Sona xanım, övladları və yaxın qohumları ilə keçirdiyimiz bir neçə saat ərzində Sadiqin keçdiyi döyüş yolundan və həyatı ilə bağlı ətraflı məlumat aldlq.
Söhbət zamanı şəhidimizin doğmaları ondan ağız dolusu danışıb qürur duyduqlarını bildirirdilər. Həyatda olmayan övlad barəsində danışmaq nə qədər qürurverici olsada bir o qədər də çətindir. İstər atası Əli müəllim, istər qardaşı Toğrul, İstərsə də həyat yoldaşının danışıqlarında bir qəhər hiss etməmək mümkün deyildi. Nə qədər özlərini tox tutmağa çalışsalarda göz yaşlarına sahib olabilmirdilər. Hələ xalası Şaban xanımı demirəm. Sadiqi özünə oğul bilir o. O, həmdə Sadiqin qaynanasıdır. Deyir:” Sadiqi öz övladımdan seçməmişəm. Çox mərd və ailəcanlı bir oğul olub Sadiq. Sadiqin anası Şövkət bacım da zamansız köçüb getdi aramızdan. Bacım rəhəmətə getməyinin ili tamam olmağına az qalmış Sadiq şəhidlik zirvəsinə yüksəldi. Mən artıq iki nənənin sevgisini verirəm Sadiqin yadigarlarına. Mən də Sadiqə də ana sayıram özümü. Bir də ki, Sadiq artıq bütün xalqın oğludur. Onun övladları hamımızın övladıdır. Var olsun xalqımız, bizi heç yalnız qoymurlar. Tez-tez gəlib ziyarət edirlər, maraqlanırlar. Sadiqin yadigarı olan iki bacıların könlünü xoş tutmaq üçün əllərindən gələni edirlər”.
Sadiqin atası Əli müəllim, qardaşı Toğrul bildirdi ki,müharibə zamanı Sadiq gündə bir dəfə eyni vaxtda evə zəng edib danışırdı. “Amma heç vaxt döyüş bölgəsində olduğunu bizə deməyib. Çox az çəkirdi telefon danışığı. Qızlarının səsini eşidib, bizimlə hal-əhval tutub sağollaşardı”.
“Sonuncu telefon danışığımız oktyabr ayının 19 -da oldu qardaşımla. Ondan sonra daha zəng həlmədi”-deyən şəhidin qardaşı Toğrul qeyd etdi ki: “Sadiq ailəmizdən muğayat ol. Onlar sənə əmanətdir-deyib sağollaşdı. Sən demə çətin və ağır bir tapşırığa gedirmiş. Geri dönməyəcəyini eləbil hiss edib. Zəngilan uğrunda gedən ağır döyüşlərdə öhtəliyində olan əsgrlərin həyatını qoruya bilsədə 20 oktyabrda düşmən qırıcılarının bombardumanı zamanı yrnə şəxsi heyyəti ölümdən qurtarır özü isə şəhid olur. Son telefon zəngindən və mənə deiklərindən sonra hiss etdim ki, Sadiq döyüşlərdədir. Amma ailədə heç kimə demədim. Şəhid olduqdan sonra bizə bu barədə məlumat veriləndə öyrəndik ki, Sadiq sentyabrın 27-dən döyüşlərdə olub”.
Həsənov Sadiq Əli oğlu 14 sentyabr 1986-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhər 4 nömrəli orta məktəbdə almaya başlayan, Sadiq 8-ci sinifi bitirən kimi 2000-ci ildə sənədlərini Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinə təqdim edib. 2003-cü ildə buranı bitirdikdən sonra hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbində davam etdirib. 2007-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirib. 2007-2008- ci illərdə Silahlı Qüvvələrin təlim-tədris mərkəzində dinləyici, 2008-ci ilin iyun ayından 2010-cu ilin iyuna ayına kimi 701 saylı həbri hissədə motoatıcı tağım komandiri kimi işə başlayıb. Sonrakı illərdə bir neçə həbri hissədə öz ixtisası üzrə tağım komandiri və başqa məsul vəzifələrdə çalışan Həsənov Sadiq 2019-cu ilin iyul ayından 404 saylı hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə baş köməkçi vəzifəsində çalışıb. 2010-cu ildən baş leytenant rütbəsini alan şəhidimiz, 2013-cü ildə kapitan, 2019-cu ildə isə mayor rütbəsi alır. Vətən müharibəsi başlananda
Sadiq 2020-ci il sentyabrn 26 -da Füzili şəhərinə yollanıb və döyüş yolu buradan başlanıb. Azərbaycanının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Həsənov Sadiq Hadrut, Xocavənd, Qubadlı, Zəngilan döyüşlərində fəal iştirak edib. O, oktyabrn 20-də Zəngilan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Qəhrəmanımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, Xocavənd rayonun işgaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarındakı igidliyi və şücaətinə görə 25 dekabr 2020-ci il tarixli sərəncama əsasən ” Xocavəndin azad olunmasına görə” medali ilə, 29 dekabr 2020-ci il tarixli sərənacam əsasən isə ” Qubadlının azad olunmasına” görə medalları ilə təltif edilib. Mayor Həsənova Sadiq sağikəndə qüsursuz xidmətləri diqqətdən yayınmamışdır .Belə ki, o xidməti dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.Bundan başqa o, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” , “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilədə təltif edilib.
Azərbaycan ordusunun mayoru ilan Sadiq Həsənov Ermənistanın işgalı altında olan ərazilərimizin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən haqq savaşında göstərdiyi qəhrəmanlıqlar bütün gəncliyə nümunədir. Oktaybrn 19-da Zəngilan uğrunda gedən döyüşlərdə mərmi yağışı altında qalan komandir əsgərlərini yüksək peşəkarlıq göstərərək sığıncaqlara itkisiz və təhlükəsiz şəkildə yerləşdirməyə nail olub. Oktyabrn 20-də davam edən şiddətli döyüşlərdə düşmən qırıcılarının açdığı atəş nəticəsində şəhid olub.
Sadiqin özündən sonra ailəsinə və xalqına əmanət qoyduğu iki qızı, 8 yaşlı Lalə və 5 yaşlı İnci ilə söhbətləşəndə atamız qəhrəmandır dedilər. Yaşlarına görə onlar indi bu kəlmənin nə anlama gəldiyini indi dərk etməsələrdə,atalarının yoxluğunu qavramasalarda. Böyüyəndə necə bir qəhrəman atanım övladlarə olduqlarını başadüşüb onunla fəxr edəcəklər.
Bu gözəl bacılar artıq bütün Azərbaycan xalqının övlatlarıdır.
Bəxtiyar Əli