“Beşiktaş” Sergen Yalçınla yollarını ayıra bilər

İyn22,2021

Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Sergen Yalçınla yollarını ayıra bilər.

“QİA.az” “NTV Spor”a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis müqavilənin yenilənməsi üçün klub prezidenti Ahmet Nur Çebi ilə görüşüb, lakin hansısa nəticə əldə edilməyib.

Bildirilib ki, Sergen Yalçının İstanbul təmsilçisində qalma ehtimalı azalıb. “Qara qartallar” baş məşqçiyə 1 illik müqavilə təklif edib. Mütəxəsssis alacağı məvacibdə və digər məsələlərdə rəhbərliklə razılıq əldə etməyib.

Ölkə çempionu Yalçınla bir daha görüşəcək. Son toplantının ardından razılıq əldə edilməsə, “ağ-qaralar” yeni baş məşqçi axtarışına çıxacaq.

Qeyd edək ki, “Beşiktaş” 2020/2021 mövsümündə Sergen Yalçının rəhbərliyi ilə Superliqanı və ölkə kubokunu qazanıb.

Oxşar Xəbərlər