Gürcüstan PUA istehsalına gələn ildən başlayacaq

İyn25,2021

“Gürcüstan gələn ildən etibarən beynəlxalq tərəfdaşlarla birgə pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırır”.

QİA.AZxəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili deyib.

O, PUA-ların Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzində yığılacağını bildirib.

Hökumət başçısı həmçinin qeyd edib ki, yaxın gələcəkdə mərkəzdə İsrail şirkəti ilə birgə M4 tipli avtomatların istehsalına başlanılacaq.

Oxşar Xəbərlər