Daşkəsən şəhərində yerli sakin bıçaq xəsarəti alıb.
“QİA.az”ın məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb. Rayon sakini, 40 yaşlı Zülfiyyə Məhərrəmova bıçaq xəsarəti alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
İlkin ehtimala görə, qadın həyat yoldaşı Zamin Məhərrəmov tərəfindən bıçaqlanıb
Faktla bağlı araşdırma aparılır.