İspaniya “Barselona”sı futbolçusu Samuel Umtiti ilə vidalaşmaq istəyir.
“QİA.az” “sport.es”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi ötən mövsümün sonunda fransalı müdafiəçiyə onu transferə çıxarmaq istədiklərini bildirib.
Lakin 28 yaşlı oyunçu 2023-cü ilin yayında başa çatacaq müqaviləsinin sonunadək komandada qalmağı planlaşdırır. Hələlik tərəflər bu məsələdə razılığa gələ bilmirlər.
Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən “Barselona”da çıxış edir.