Zeytun yağının müntəzəm istifadəsi koqnitiv funksiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı məlum olub.
QİA.AZ xəbər verir ki, bu qənaətə Yunanıstanın Aristotel Universiteti ilə Yunanıstan Altsheymer Xəstəlikləri Assosiasiyasının birgə araşdırmasında gəliblər.
İl ərzində mütəxəssislər üç qrup insanları müşahidə ediblər. Onların hər birində xüsusi qidalanma rejimi olub. Birinci qrup “Aralıq dənizi pəhrizi” saxlayıb, ikinci qrupdan olan insanlar hər gün 50 ml zeytun yağı istehlak ediblər və üçüncü qrupdan olanlar isə gündə mülayim polifenol tərkibli 50 ml zeytun yağı qəbul ediblər.
Araşdırma zamanı zeytun yağını rasionuna daxil edən insanlarda Altsheymer, ağıl zəifliyi xəstəliyi markerlərinin yaxşılaşdığı aşkar edilib.
Zeytun yağı müntəzəm olaraq qəbul etməyən birinci qrupda nəticələr ya pisləşib, ya da eyni qalıb.
Araşdırmaçılar böyük miqdarda polifenol olan zeytun yağının Altsheymer xəstəliyinin ilk mərhələsi sayılan yüngül koqnitiv pozuntulu yaşlı insanlarda terapevtik vasitə kimi istifadə edilə biləcəyini müəyyənləşdiriblər.