Komitə sədri: “Gürcüstan bölgədə mediator funksiyasını özünə qaytarır”

“Cənubi Qafqaz bölgəsində yeni güc balansı mənzərəsi yaranıb”.

QİA.AZ xəbər verir ki, bunu Gürcüstan parlamentinin iclasında çıxış edən Xarici əlaqələr üzrə komitənin sədri Nikoloz Samxaradze deyib.

O, regionda baş vermiş son hadisələr fonunda Gürcüstanın düzgün, vaxtında və davamlı addımlar atdığını bildirib: “Azərbaycan, Ermənistan və ABŞ bölgədə mediator missiyasını Gürcüstana etibar etdi. Baş nazir çətin sınağın və vasitəçi rolunun öhdəsindən çox yaxşı gəldi. Bu, yalnız ölkəmizin deyil, bütün bölgənin qələbəsi oldu”.

Deputat qeyd edib ki, Gürcüstan regionda ən vacib olan mediator funksiyasını özünə qaytarır.

Oxşar Xəbərlər