Gürcüstanda Hindistan ştammına yoluxma say 30-a çatır

İyn29,2021

Gürcüstanda koronavirusun Hindistan ştammına yeddi yeni yoluxma halı təsdiqlənib.

“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, ölkə üzrə “delta” stammının dövriyyəsi 10-20 % arasında dəyişir.

Baş epidemioloq əhalini daha ehtiyatlı olmağa və tələblərə əməl etməyə çağırıb.

Qeyd edək ki, qonşu ölkədə Hindistan ştammına ilk yoluxma faktları mayın 27-də qeydə alınıb. Hazırkı dövrədək virusun təhlükəli növü 27 nəfərdə aşkarlanıb.

Oxşar Xəbərlər