Türkiyədən Azərbaycan ərazisi ilə Çinə növbəti ixrac qatarı yola salınıb

İyn29,2021

Türkiyənin Kösəköy stansiyasından Çinin Sian şəhərinə növbəti ixrac konteyner blok qatarı yola çıxıb.

Bu barədə “QİA.az”a “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən məlumat verilib.

Məlumata görə, blok qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən konteyner qatarı Çinə sərinləşdirici içkilər daşıyır. Konteynerlər ölkəmizin ərazisinə çatdıqdan sonra Bakı limanından Qazaxıstanın Aktau limanına göndəriləcək.

Konteynerlər Xəzər dənizini operatoru “ADY Konteyner” lan fider gəmisi vasitəsilə aşacaq.

Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “Pasifik Eurasia Logistics”, “GR Logistics”, “ADY Konteyner” və “KTZ Express” şirkətləridir.

Oxşar Xəbərlər