Sumqayıtda stadion ətrafının abadlaşdırılmasına yarım milyon ayrılıb

İyn30,2021

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satın alınmasına yarım milyon manatadək vəsait ayrılıb.

“QİA.az”ın məlumatına görə, bununla bağlı iyunun 16-dan tender elan olunub. Dekabrın 30-da başa çatacaq tenderin qalibi 443 000 manat 30 qəpik qazanacaq. Maraqlanan şəxslər Şəhər İcra Hakimiyyətinə müraciət etməlidir.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına 5 milyon manat vəsait sərf edilib.

Oxşar Xəbərlər