Bu ilin iyul ayında Azərbaycan hasilatın azaldılması ilə bağlı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sazişi çərçivəsində gündəlik olaraq 620 min barel neft (kondensantla birlikdə) hasil edəcəyini planlaşdırır.
QİA.AZ-ın məlumatına görə, bu ay Azərbaycan OPEC razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyi 98 % səviyyəsində yerinə yetirmiş olacaq.
Qeyd edək ki, bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 610 min barel olub. Bununla da Azərbaycan iyunda 108 % yerinə yetirib.
Xatırladaq ki, OPEC+ ölkələri tərəfindən neft hasilatı üçün yeni artırılmış kvotalar 1 iyul tarixindən qüvvəyə minir. Eyni zamanda, Səudiyyə Ərəbistanı könüllü məhdudiyyətlərinin son “tranşını” ləğv edir.
Belə ki, Səudiyyə faktoru nəzərə alınaraq OPEC+ sazişini imzalayan bütün tərəflərin ümumi “qara qızıl” istehsalı iyul ayında əvvəlki aya görə gündəlik 841 min barel artıra bilər.
Aprel ayında OPEC+ ölkələri yanvar ayından bəri ləngiddikləri neft hasilatında tədricən artım barədə razılığa gəliblər. Məlumata görə, may ayında OPEC+ üzv olan ölkələr gündəlik olaraq 350 min barel, iyunda – gündəlik olaraq daha 350 min barel, iyulda isə gündəlik 441 min barel artırmağa icazə verilib.
Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Ölkə | Hesablama başlayır: 2018-ci il oktyabr | 2021-ci ilin iyunu üzrə kvota | İyun üzrə hasilat | İyul üzrə kvota | İyul üzrə hasilat |
Əlcəzair | 1057 | -159 | 898 | -145 | 912 |
Anqola | 1528 | -230 | 1298 | -209 | 1319 |
Koqo | 325 | -49 | 276 | -44 | 281 |
Ekvatorial Qvineya | 127 | -19 | 108 | -17 | 110 |
Qabon | 187 | -28 | 159 | -26 | 161 |
İraq | 4653 | -699 | 3954 | -637 | 4016 |
Küveyt | 2809 | -422 | 2387 | -384 | 2425 |
Nigeriya | 1829 | -275 | 1554 | -250 | 1579 |
Səudiyyə Ərəbistanı | 11 000 | -1653 | 9347 | -1505 | 9495 |
BƏƏ | 3168 | -476 | 2692 | -433 | 2735 |
OPEK (ОPEK+ müqaviləsində iştirak edən ölkələr) | 26 683 | -4010 | 22673 | -3650 | 23 033 |
Azərbaycan | 718 | -108 | 610 | -98 | 620 |
Bəhreyn | 205 | -31 | 174 | -28 | 177 |
Bruney | 102 | -15 | 87 | -14 | 88 |
Qazaxıstan | 1709 | -240 | 1469 | -234 | 1475 |
Malaziya | 595 | -89 | 506 | -81 | 514 |
Meksika | 1753 | 0 | 1753 | 0 | 1753 |
Oman | 883 | -133 | 750 | -121 | 762 |
Rusiya | 11 000 | -1543 | 9457 | -1505 | 9495 |
Sudan | 75 | -11 | 64 | -10 | 65 |
Cənubi Sudan | 130 | -20 | 110 | -18 | 112 |
Qeyri-OPEK | 17 170 | -2190 | 14 980 | -2109 | 15061 |
CƏMİ | 43 853 | -6200 | 37 653 | -5759 | 38 094 |