“Qarabağ” Almaniya klubu ilə qarşılaşacaq

İyl3,2021

“Qarabağ” klubunun Avstriyadakı təlim-məşq toplanışında üçüncü rəqibi məlum olub.

QİA.AZ Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşacaq.

Oyunun başlama saatı hələ ki, bəlli deyil.

Qeyd edək ki, komanda iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoxlama matçı keçirəcək.

Oxşar Xəbərlər