Xaricdən ölkəyə qayıdan Türkiyə vətəndaşları ölkənin 38 hava limanında və sərhəd-keçidlərində peyvənd olunacaqlar.
“QİA.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.
“Xaricdən qayıdan vətəndaşlarımıza ölkənin 48 hava limanından 38-də peyvəndin birinci və ikinci dozalarının vurulmasını təklif edirik. Hazırda 4 vilayətdə yerləşən sərhəd-keçid məntəqəsində bu prosedur həyata keçirilir” – nazir bildirib.
Onun sözlərinə görə, peyvəndləmə könüllü əsaslarla həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Türkiyədə 15,6 milyon nəfər vətəndaş tam peyvənd olunub. Ümumilikdə ölkədə 52,5 milyon nəfərə peyvənd vurulub.