ETSN Xəzərdəki hadisə ilə bağlı rəsmi məlumatların gec verilməsinin səbəblərini açıqlayıb

“Vulkan püskürməsi gecə saatlarında baş verib. Hər hansı bir məlumat olan kimi anında cavab vermək qeyri-dəqiqliyə yol aça və dəqiq olmaya bilər”.

“QİA.AZ”ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

“Mən hesab etmirəm ki, ETSN-in axşam vaxtlarında baş vermiş hadisə ilə bağlı rəsmi məlumatı gec olub”, – o vurğulayıb.

Oxşar Xəbərlər