Azərbaycan Əmanətlərin Sığortalanması Fondu məşhur iş adamını məhkəməyə verib

2016-cı ildə lisenziyası ləğv olunmuş “Bank Standard” QSC-nin ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məşhur iş adamı Şahin Mövsümovu məhkəməyə verib.

QİA.AZ xəbər verir ki, iddiaya səbəb sahibkarın vaxtilə Bankdan götürdüyü və faizlərlə birlikdə təxminən 100 milyon manat olan borcu qaytarmamasıdır.

İşlə bağlı cavabdeh qismində Ş.Mövsümovun yaxın qohumu İzolda Mövsümova, eləcə də iş adamına məxsus “AS Group of Companies” MMC-yə daxil olan “AS İnşaat” MMC, maraqlı tərəf qismində isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu çıxış edir. Bakı Kommersiya Məhkəməsində baxılan iddia üzrə hakim Zeynəb Axundovadır.

Xatırladaq ki, Ş.Mövsümov bundan əvvəl də “Bank Standard”a olan kredit borcunu ödəməməsi ilə gündəmə gəlib.

Oxşar Xəbərlər