CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 74,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,94 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,98 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,61 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 74,2 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel azdır.